Türkiyədə antikorrupsiya əməliyyatı - Saxlanılanlar var

Dünya xəbərləri Materials 19 May 2026 09:32 (UTC +04:00)
Türkiyədə antikorrupsiya əməliyyatı - Saxlanılanlar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhər Baş Prokourorluğunun koordinasiyası ilə İstanbul Baş Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi Beşiktaş rayonunun bələdiyyəsində əməliyyat keçirib.

Trend xəbər verir ki, bu barədə İstanbul baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Rüşvət alma”, “cinayət yolu ilə əldə olunan əmlakın qanuniləşdirilməsi” ittihamları üzrə aparılan istintaq çərçivəsində Beşiktaş bələdiyyə sədrinin keçmiş müavini və Beşiktaş bələdiyyəsinin Məclis üzvü də daxil olmaqla 5 şübhəli saxlanılıb.

Şübhəlilərin yaşayış ünvanlarında və xidməti otaqlarında aparılan axtarışlar zamanı istifadələrində olan çoxsaylı rəqəmsal materiallar, həmçinin cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 90 min ABŞ dolları və 5 min avro müsadirə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti