I Liqada mükafatlandırma mərasimi keçiriləcək

İdman Materials 18 May 2026 22:54 (UTC +04:00)
I Liqada mükafatlandırma mərasimi keçiriləcək

Bakı. Trend:

Futbol üzrə Azərbaycan I Liqasında 2025/2026 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

22 may tarixində Binə qəsəbə stadionunda baş tutacaq XXVII turun “Zaqatala” – “Şəfa” oyunu bitdikdən sonra başlayacaq mərasimdə mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.

Qeyd edək ki, "Şəfa" XXVI turda çempionluğu təmin edib.

Xəbər lenti

Xəbər lenti