Pentaqon İrandakı hədəflərin siyahısını hazırlayıb

Dünya xəbərləri Materials 18 May 2026 14:51 (UTC +04:00)
Pentaqon İrandakı hədəflərin siyahısını hazırlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pentaqon ABŞ Prezidenti Donald Trampın İran İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək qərarı verəcəyi təqdirdə mümkün zərbələr üçün hədəflərin siyahısını hazırlayıb.

Trend xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, mayın 17-də Tramp Virciniya ştatındakı qolf klubunda milli təhlükəsizlik komandasının əsas nümayəndələri ilə müşavirə keçirib. Görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif və xüsusi nümayəndə Stiv Uitkoff iştirak ediblər.

Müşavirədə Pentaqon nümayəndələri İranın enerji və infrastruktur obyektlərinə hücumlar da daxil olmaqla bir neçə zərbə ssenarisi təqdim ediblər.

Görüş Trampın Çindən qayıtmasından qısa müddət sonra baş tutub. CNN-in məlumatına görə, ABŞ lideri Tehranla danışıqların gedişindən narazıdır, həmçinin dünya neft qiymətlərinə təsir göstərən Hörmüz boğazının bağlı qalmasından narahatdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti