Gözəl şəhərlərin də başına fəlakətlər gələ bilir - Haluk Levent

Cəmiyyət Materials 18 May 2026 10:42 (UTC +04:00)
Gözəl şəhərlərin də başına fəlakətlər gələ bilir - Haluk Levent
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Gözəl şəhərlərin də başına fəlakətlər gələ bilir. Bildiyiniz kimi, Kahramanmaraş zəlzələsində biz texniki baxımdan xeyli çətinliklər yaşadıq. Dünyanın bir çox yerindən bizə yardımlar gəlməyə başladı. Amma bu yardımların çatdırılması bəzən bir-iki ay çəkirdi.

Trend xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Haluk Levent Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Assambleyaların birgə bağlanış sessiyasında deyib.

Onun sözlərinə görə, birgə təşəbbüslərdən sonra artıq dünyadakı bütün dərnəklər bir-birinə daha sürətli yardım edə bilmək üçün təşəbbüslər göstərir:

"Bu gün siyasi çıxış etməyəcəyimə dair BMT-yə söz vermişəm. Mən siyasi deyil, daha çox ictimai və humanitar bir yanaşmadan çıxış edirəm".

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti