Şəhərləri necə planlaşdırmağımız gələcək nəsillər üçün cəmiyyətlərimizin dayanıqlılığını müəyyən edəcək - Gürcüstanın Baş naziri

Siyasət Materials 18 May 2026 16:29 (UTC +04:00)
Şəhərləri necə planlaşdırmağımız gələcək nəsillər üçün cəmiyyətlərimizin dayanıqlılığını müəyyən edəcək - Gürcüstanın Baş naziri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Məskunlaşça Proqramı (UM-Habitat) tərəfindən təşkil olunan bu forum təcrübə mübadiləsi aparılması və daha təhlükəsiz, inklüziv icmaların formalaşdırılması istiqamətində ortaq baxışın inkişaf etdirilməsi üçün vacib platformadır.

Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

Gürcüstanın Baş naziri bildirib ki, bu gün şəhərlər iqlim dayanıqlılığı, mənzil təhlükəsizliyi, dayanıqlı inkişaf və sosial həmrəylik kimi bütün qlobal çağırışların mərkəzində dayanır:

“Şəhərləri necə planlaşdırmağımız, inkişaf etdirməyimiz və qorumağımız gələcək nəsillər üçün cəmiyyətlərimizin sabitliyini, rifahını və dayanıqlılığını müəyyən edəcək”.

İ.Kobaxidze vurğulayıb ki, son illərdə Gürcüstanda müşahidə olunan güclü iqtisadi artımla yanaşı, balanslaşdırılmış regional inkişaf və müasir şəhərsalma bu ölkənin milli siyasətinin əsas prioritetlərinə çevrilib:

“Məqsədimiz yalnız infrastrukturun genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması deyil, eyni zamanda inkişafın dayanıqlı, regionlar arasında balanslı və vətəndaşların ehtiyaclarına uyğun şəkildə həyata keçirilməsidir.

Beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə Gürcüstan hazırda milli məkan inkişafı konsepsiyasını irəli aparır. Bu mühüm sənəd mənzil və şəhərsalma siyasətinin əsasını təşkil edir və ölkənin bütün regionlarında balanslaşdırılmış və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.

Bu islahatların effektiv həyata keçirilməsi üçün mərkəzi hökumət sistemində xüsusi ixtisaslaşmış agentlik vasitəsilə institusional koordinasiya gücləndirilib. Bu mexanizm uzunmüddətli planlaşdırmanı dəstəkləyir və şəhər transformasiyasının strateji baxış, davamlılıq və effektiv idarəetmə əsasında həyata keçirilməsini təmin edir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti