Bakı. Trend:
Qrenlandiya üzrə ABŞ-nin xüsusi nümayəndəsi Ceff Lendri Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə gəlib.
Trend-in məlumatına görə, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Bildirilir ki, Lendri 19–20 may tarixlərində keçiriləcək “Qrenlandiyanın gələcəyi” adlı biznes konfransında iştirak edəcək.
Onu ABŞ-nin Danimarkadakı səfiri Kenneth Hovery müşayiət edir.