Bakı. Trend:
Risklərin, su idarəçiliyinin və mənzil siyasətinin əlaqələndirilməsi məsələsi hələ də bütün dünyada ciddi çağırış olaraq qalır. Bu sahələr hər zaman paralel şəkildə inkişaf etmir.
Trend xəbər verir ki, bunu “WILO” şirkətinin regional direktoru Eva Kerstolt WUF13 çərçivəsində baş tutan “Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq” mövzusunda Biznes Assambleyası sessiyasında deyib.
Eva Kerstolt xatırladıb ki, Sinqapur kimi nümunə ölkələr mövcuddur. Sinqapur şəhər-dövlət olduğu və ərazisi kiçik olduğu üçün bütün sistemlər bir-biri ilə sıx bağlıdır. Buna görə də orada mənzil inkişafı, su təchizatı və istifadə olunmuş suyun emalı kimi məsələləri daha koordinasiyalı idarə etmək mümkündür:
“Lakin böyük coğrafi əraziyə malik ölkələrdə vəziyyət tamamilə fərqlidir və çağırışlar da daha mürəkkəb olur. Ona görə də hər kəsə qarşı ədalətli olmaq üçün qeyd etmək istəyirəm ki, bu proses bütün ölkələr üçün kiçik dövlətlərdə olduğu qədər asan deyil”.
