Bakı.Trend:
Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi maliyyələşmə və texnologiyalar tələb edir.
Trend xəbər verir ki, bunu BMT Baş katibinin İcra Ofisinin nümayəndəsi, baş katibin siyasi məsələlər üzrə müavini Qay Rayder Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində təşkil olunan nazirlər görüşündə deyib.
O vurğulayıb ki, səmərəli şəhər planlaşdırılması üçün tərəfdaşlıqların gücləndirilməsi, ölkələrin potensialının inkişaf etdirilməsi və məlumatların keyfiyyətinin artırılması xüsusi əhəmiyyət daşıyır.
“Bugünkü müzakirələriniz iyul ayında Romada keçiriləcək Yeni Şəhər Gündəliyinin nəzərdən keçirilməsinə həsr olunan BMT Baş Assambleyasının yüksək səviyyəli iclasına hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə o bildirib.
