Bakı. Trend:
Yüngül çəki kateqoriyasında keçmiş UFC (Mütləq Döyüş Çempionatı-red) çempionu, irlandiyalı Konor MakQreqor yaxın zamanda oktaqona qayıtmağa yaxındır.
Trend xəbər verir ki, bu barədə “New York Post” yazır.
Qeyd olunur ki, peşəkar MMA döyüşçüsü 11 iyul tarixində UFC 329 (Las-Veqas şəhərində) turnirində Maks Holloueylə döyüş üçün UFC ilə müqavilə bağlamağa hazırlaşır.
37 yaşlı Makqreqor narkotik asılılığının müalicəsində istifadə olunan, Afrika mənşəli bitkidən əldə edilən iboqain maddəsi ilə müalicə kursu keçib. Makqreqor 36 saat preparatın təsiri altında olub. İdmançı antidopinq qaydalarını pozduğuna görə ona 18 aylıq diskvalifikasiya cəzası verilmişdi. Cəzanın müddəti 2026-cı ilin martında başa çatıb.
37 yaşlı döyüşçünün son döyüşü UFC 264 turnirində amerikalı Dastin Poryeyə qarşı olub . Görüş artıq birinci raundda başa çatıb və döyüşün nəticəsində irlandiyalı idmançı ayağını sındırıb.
