"Qarabağ"ın mübarizəyə Avropa Liqasında hansı mərhələdən başlayacağı bəlli olub

İdman Materials 16 May 2026 23:00 (UTC +04:00)
"Qarabağ"ın mübarizəyə Avropa Liqasında hansı mərhələdən başlayacağı bəlli olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Bu raundun püşkü iyunun 16-da atılacaq, oyunları isə iyulun 9-da və 16-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXXII turunda “İmişli”ni 3 cavabsız qolla məğlub edən "Qarabağ"ın (66 xal) mövsümü 2-ci pillədə başa vuracağı dəqiqləşib. Bu gümüş medal klub tarixinə Azərbaycan çempionatlarında 20-ci mükafat kimi düşüb. 12 "qızıl" və 3 "bürünc"ü olan “Qarabağ” 5-ci dəfə "gümüş"ə sahib çıxıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti