Azərbaycan insanyönümlü şəhərlər üzrə beynəlxalq əməkdaşlığı dəstəkləməyə davam etməyə hazırdır - Bahar Muradova

Cəmiyyət Materials 17 May 2026 14:23 (UTC +04:00)
Azərbaycan insanyönümlü şəhərlər üzrə beynəlxalq əməkdaşlığı dəstəkləməyə davam etməyə hazırdır - Bahar Muradova
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İnsanların həyat keyfiyyəti yalnız iqtisadi imkanlardan deyil, eyni zamanda təhlükəsiz, əlçatan və insanyönümlü şəhər məkanlarında yaşamaq imkanından da asılıdır.

Trend xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması" adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, eyni zamanda, mülkiyyət hüquqlarına, iqtisadi imkanlara və sosial müdafiə mexanizmlərinə qeyri-bərabər çıxış
mövcud bərabərsizlikləri daha da dərinləşdirir:

"Uzun illər ərzində münaqişənin nəticələrini yaşamış bir ölkə kimi, Azərbaycan post-münaqişə dövründə dayanıqlı bərpa modeli və insanyönümlü şəhər inkişafını təşviq edir. Azad edilmiş ərazilərimizin genişmiqyaslı bərpası və yenidən qurulması prosesində müasir şəhərsalma prinsipləri və ağıllı həllər tətbiq olunur.

Qadınların və qızların ehtiyaclarına cavab verən şəhərlər qurmaq daha təhlükəsiz, daha dayanıqlı və daha humanist gələcəyin formalaşdırılması deməkdir. İnsanyönümlü şəhər inkişafı modeli həmrəylik, bərabər imkanlar və dayanıqlı tərəqqi prinsiplərinə əsaslanan ortaq öhdəlik tələb edir. Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini dəstəkləməyə davam etməyə hazırdır. İnanırıq ki, WUF13 çərçivəsində aparılan müzakirələr və əldə olunacaq nəticələr daha inklüziv, dayanıqlı və insanyönümlü şəhərlərin inkişafına töhfə verəcək", - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti