İsrailin Livana zərbələri nətcisədinə son sutkada 124 nəfər yaralanıb

Dünya xəbərləri Materials 17 May 2026 02:28 (UTC +04:00)

Bakı. Trend:

İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində ən azı 18 livanlı həlak olub, daha 124 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2969-a, yaralıların isə 9112-yə çatıb.

Səhiyyə Nazirliyi qeyd edib ki, İsrail təyyarələri və dronları cənubdakı Nəbatiyə və Səydə əyalətlərindəki yerüstü hədəflərə hücum etməyə davam edir, buna görə də itki və yaralananların sayı arta bilər.

Xəbər lenti

Xəbər lenti