Cəbrayıl və Xocalıya növbəti köç olub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 16 May 2026 13:50 (UTC +04:00)
Cəbrayıl və Xocalıya növbəti köç olub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə və Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti köç olub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 18 ailə olmaqla 77 nəfər köçürülüb.

Şükürbəyli kəndinə köçən ailələrə evlərinin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bundan başqa Xocalının Badara kəndinə 10 ailə - 33 nəfər, Təzəbinə kəndinə 10 ailə - 60 nəfər, Xanabad kəndinə 9 ailə - 33 nəfər, Ballıca kəndinə 4 ailə - 22 nəfər, Xanyurdu kəndinə 4 ailə - 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə - 13 nəfər qayıdıb.

xxx
12:40

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə və Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, doğma yurdlarına qayıdanlar indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 18 ailə olmaqla 77 nəfər köçürülüb. Xocalının Badara kəndinə 10 ailə - 33 nəfər, Təzəbinə kəndinə 10 ailə - 60 nəfər, Xanabad kəndinə 9 ailə - 33 nəfər, Ballıca kəndinə 4 ailə - 22 nəfər, Xanyurdu kəndinə 4 ailə - 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə - 13 nəfər yola salınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti