ABŞ nümayəndə heyəti Çində verilən hədiyyələri tullayıb

Dünya xəbərləri Materials 16 May 2026 14:47 (UTC +04:00)
ABŞ nümayəndə heyəti Çində verilən hədiyyələri tullayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ nümayəndə heyəti casusluq riski səbəbindən Çin səfəri zamanı onlara verilmiş hədiyyələri özləri ilə vətənlərinə aparmayıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir

Nümayəndə heyəti, eləcə də onları müşayiət edən media nümayəndələri “Air Force One” prezident təyyarəsinə minməzdən əvvəl ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri zamanı Çin tərəfinin təqdim etdiyi bütün hədiyyələrdən imtina ediblər.

Bildirilir ki, Çin rəsmilərinin təqdim etdiyi bütün əşyalar, o cümlədən mətbuat akkreditasiyaları, Ağ Ev əməkdaşlarının birdəfəlik telefonları və nümayəndə heyətlərinin nişanları toplanaraq zibil qabına atılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti