Bakı.Trend:
İraqda hakimiyyət yeni Baş nazirə təhvil verilib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
İraq hökumətinin mətbuat xidməti bildirib ki, yeni Baş nazir Əli əl-Zaidi andiçmədən sonra rəsmi olaraq hökumət başçısı və ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinin icrasına başlayıb.
Səlahiyyətlərin təhvil-təslimi mərasimində keçmiş Baş nazir Şiya əs-Sudani də iştirak edib.
Qeyd edək ki, buna qədər İraqda kifayət qədər uğurlu biznesmen olan 40 yaşlı əl-Zaidi ölkəsinin ən gənc baş naziri hesab olunur
