Səhiyyə Nazirliyi Cəlilabadda maarifləndirici fleşmob keçirib (FOTO)

Cəmiyyət Materials 15 May 2026 18:12 (UTC +04:00)
Səhiyyə Nazirliyi Cəlilabadda maarifləndirici fleşmob keçirib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən nazirliyin Cəlilabad Tibb Kolleci ilə birgə təşkil olunmuş “İlk tibbi yardım – ikinci həyata addım” adlı maarifləndirici aksiya və fleşmob rayon sakinlərinin böyük marağına səbəb olub.

Tədbirin əsas məqsədi əhalini fövqəladə hallarda düzgün və vaxtında reaksiya verməyə hazırlamaq, ilk yardım bacarıqlarını mümkün qədər çox insana aşılamaqdır. Aksiya zamanı elektrik vurması, epilepsiya tutması, güclü qanaxma, yanıqlar, zəhərlənmə və digər təxirəsalınmaz vəziyyətlərdə ilkin tibbi yardım qaydaları əyani şəkildə nümayiş etdirilib.

Kollecin tələbələri ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını canlı şəkildə göstərib, iştirakçıların arterial təzyiq və nəbz ölçmələrini aparıblar. Aksiyanın sonunda bütün iştirakçılara ilk yardım qaydalarını əks etdirən məlumatlandırıcı bukletlər paylanılıb.

Fleşmobda tibb kollecinin tələbələri və könüllülər müxtəlif fövqəladə situasiyalarda hər kəsin edə biləcəyi sadə, amma həyati vacib addımları ritmik və vizual formada nümayiş etdiriblər. Bu format sayəsində məlumat daha asan yadda qalır və geniş kütləyə çatır.

Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fleşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti