Bakı.Trend:
Azərbaycan iqtisadiyyat üzrə son istehlakın elektrikləşdirilməsinə hədəflənib
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktorunun müavini Rəna Hümbətova Bakıda keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
“Azərbaycan artıq elektrik enerjisinin ümumi əlçatanlığını təmin edib. Növbəti mərhələ iqtisadiyyatın bütün sahələri üzrə son istehlakın elektrikləşdirilməsidir. Elektrik texnologiyaları fosil yanacaqlara əsaslanan sistemlərlə müqayisədə xeyli daha səmərəli olduğuna görə, elektrikləşmə fosil yanacağa olan ümumi tələbatının azaldılmasında əsas rol oynayacaq”, – deyə o bildirib.
R. Hümbətova qeyd edib ki, elektrikli nəqliyyat vasitələrinin sürətli tətbiqi və dəmir yollarının elektrikləşdirilməsi artıq enerji qənaəti prosesini gücləndirir.
