Zəngəzur dəhlizi Şimal-Cənub və Şərq-Qərb marşrutlarının əsas hissəsinə çevriləcək – Şahin Mustafayev

İqtisadiyyat Materials 15 May 2026 19:40 (UTC +04:00)
Zəngəzur dəhlizi Şimal-Cənub və Şərq-Qərb marşrutlarının əsas hissəsinə çevriləcək – Şahin Mustafayev
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub marşrutlarının əsas komponenti kimi bütün region üçün strateji əhəmiyyət kəsb edir.

Trend-in verdiyi məlumata görə, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev "Rusiya — İslam dünyası" (KazanForum-2026) Beynəlxalq İqtisadi Forumunda bildirib.

Baş nazirin müavini bildirib ki, Araz çayı üzərindəki avtomobil körpüsünün və əlaqəli keçid məntəqələrinin tikintisi hazırda başa çatmaq üzrədir: "İstismara verildikdən sonra beynəlxalq nəqliyyat marşrutlarının tam hüquqlu bir hissəsinə çevriləcək".

Ş.Mustafayev həmçinin təxminən 10 ildir nəqliyyat əlaqəsini uğurla təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun əhəmiyyətini qeyd edib və layihələr başa çatdıqdan sonra regionda səmərəli və dayanıqlı dəmir yolu şəbəkəsinin formalaşacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti