Bakı. Trend:
İsrail Prezidenti İsxak Hersoq Nyu-Yorka planlaşdırılmış səfərini ləğv edib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Nyu-Yorkda Kolumbiya Universiteti ilə əlaqəli Yəhudi Teoloji Seminarında diplomların təqdimetmə mərasimində nitqlə çıxış etməli idi.
İsrail KİV-lərinin məlumatına görə, Hersoq tədbirdə videobağlantı vasitəsilə çıxış edəcək.
Məlumata əsasən, səfərin ləğvi İsrail Prezidentinin planlaşdırılmış çıxışı ilə bağlı Fələstinyönümlü fəalların tənqidləri və etirazları fonunda baş verib.
Bununla belə, Hersoqun ofisindən bildirilib ki, qərar ona qarşı mümkün aksiyalarla əlaqəli deyil.
“Mövcud şərait bu vaxt Nyu-Yorka səfərə mane olur”,-deyə o bildirib.
