Mərkəzi Bank 3 elektron pul təşkilatının lisenziyasını ləğv edib

İqtisadiyyat Materials 14 May 2026 12:50 (UTC +04:00)
Mərkəzi Bank 3 elektron pul təşkilatının lisenziyasını ləğv edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, söhbət “Azvvallet” MMC, “Greentek Group” MMC və “Guavapay” MMC-lərdən gedir.

"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13 may 2026-cı il tarixli 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Azvvallet” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-019 nömrəli, “Greentek Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 sentyabr 2024-cü il tarixli EPT-013 nömrəli, “Guavapay” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-018 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar ləğv edilib", - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti