Bakı.Trend:
Metronun “20 Yanvar” stansiyasını Xocəsən qəsəbəsi ilə əlaqələndirən 102 nömrəli və Bahar qəsəbəsini metronun “Qara Qarayev” stansiyası ilə əlaqəndirən 191 nömrəli marşrut avtobusları yenilənir.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, mayın 15-dən 102 nömrəli marşrut üzrə 8, 191 nömrəli marşrut üzrə isə 12 müasir və komfortlu avtobus daşımalara cəlb edilir. Ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “İsuzu HC45” markalı avtobuslar 7-8 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.
Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
