ESİ Risk Radarının tətbiqinə 2026-cı ilin sonunadək başlanılacaq - Mərkəzi Bank

İqtisadiyyat Materials 14 May 2026 13:01 (UTC +04:00)
ESİ Risk Radarının tətbiqinə 2026-cı ilin sonunadək başlanılacaq - Mərkəzi Bank
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

ESİ Risk Radarının 2026-cı ilin sonunadək tətbiqinə başlanılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dayanıqlı maliyyə hesabatında qeyd edilib.

Bildirilib ki, Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyası və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə “Sparkassenstiftung” təşkilatı ilə birgə ESİ Risk Radar alətinin bank sektorunda tətbiqi layihəsi icra edilir.

"Bu alət kredit və müştəri səviyyəsində məlumatların məhdud olduğu şəraitdə ESİ risklərinin ölçülməsi və müqayisə edilməsinə imkan yaradır. ESİ Risk Radarı sistematik “yuxarıdan aşağıya” (“top-down”) qiymətləndirmə metodologiyasını tətbiq etməklə Beynəlxalq Hesablaşmalar Bankının (BIS) “İqlimlə bağlı maliyyə risklərinin effektiv idarə edilməsi və nəzarəti prinsiplərinə” 9 və “Effektiv Bank Nəzarəti üçün Əsas Prinsiplərə” 10 uyğun istilik xəritəsi təhlili vasitəsilə kredit portfelindəki ESİ risklərinin tam icmalını təmin edən alətdir. Sektor səviyyəsində ESİ Risk Radarı üç əsas kateqoriya üzrə qiymətləndirilir: Fiziki iqlim riski, Keçid iqlim riski və digər ESİ riskləri. Müəyyən edilmiş sektor balları ilə bankın kredit portfelində iqlimlə bağlı və digər ESİ risklərinin konsentrasiyalarının icmalını təqdim edən istilik xəritəsini formalaşdırmaq mümkündür. Sektor səviyyəsində ESİ risk balları müəyyən edildikdən sonra banklar müştərilərinə eskpert tərəfindən hazırlanmış risk sorğu şablonlarını göndərir. Müştərilər tərəfindən təqdim olunan məlumatlar əsasında hər bir şirkət üçün ayrıca ESİ risk balı hesablanır. Bu yanaşma sayəsində həm sektor səviyyəsində, həm də şirkət səviyyəsində risklər sistematik şəkildə qiymətləndirilmiş olur. Nəticədə banklar bu ballar kredit siyasətlərində, portfelin idarə olunmasında və ümumi riskə nəzarət prosesində effektiv şəkildə istifadə edə bilir. ESİ Risk Radarının 2026-cı ilin sonunadək tətbiqinə başlanılması nəzərdə tutulur", - məlumatda vurğulanıb.

Bununla yanaşı, qeyd edilib ki, “İqlim risklərindən yaranan keçid riskləri üzrə məlumat boşluqlarının aradan qaldırılmasına dair Yol Xəritəsi” çərçivəsində Mərkəzi Bank tərəfindən məlumat çatışmazlığının azaldılması istiqamətində tədbirlər həyata keçirilir: "Bu məqsədlə kredit müraciəti zamanı müəssisələrdən İQ emissiya məlumatlarının toplanması və onların Mərkəzləşdirilmiş Kredit Reyestrində strukturlaşdırılmış şəkildə əks etdirilməsi, həmçinin strestest və ssenari analizləri üçün maliyyə məlumatlarının bazasının genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, emissiya məlumatlarının alt-sektor səviyyəsində daha detallı təsnifatı üzrə işlər aparılır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti