ABŞ-nin kommersiya neft ehtiyatları azalıb

Dünya xəbərləri Materials 13 May 2026 20:48 (UTC +04:00)
ABŞ-nin kommersiya neft ehtiyatları azalıb

Bakı. Trend:

Ötən həftə ərzində ABŞ-də kommersiya neft ehtiyatları 4,306 milyon barel azalıb.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.

Benzin ehtiyatları bu həftə 4,08 milyon barel azalıb, digər neft ehtiyatları məhsulları isə 190 min barel artıb.

Analitiklər orta hesabla xam neft ehtiyatlarının 2,1 milyon barel, benzin və neft ehtiyatları məhsullarının isə təxminən 2,85 milyon barel azalacağını proqnozlaşdırmışdılar.

NYMEX-də ticarət edilən xam neftin saxlandığı Kuşinq terminalındakı ehtiyatlar, əvvəlki həftə 648 min barel azalmadan sonra 1,7 milyon barel azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti