Fransada işsizlik ən yüksək həddə çatıb

Dünya xəbərləri Materials 13 May 2026 19:09 (UTC +04:00)
Fransada işsizlik ən yüksək həddə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada bütün yaş qrupları üzrə işsizlik səviyyəsi gözlənilmədən son beş ilin ən yüksək həddinə çatıb.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Fransanın milli statistika agentliyi “Insee”nin məlumatları na istinada məlumat yayıb.

Milli statistika agentliyinin məlumatına əsasən, işsizlik bütün yaş qruplarında artaraq 8,1%-ə çatıb.

Qeyd olunur ki, agentliyin sorğusunda iştirak edən iqtisadçılar bu göstəricinin ötən ilin sonundakı 7,9%-dən 7,8%-ə qədər cüzi azalacağını proqnozlaşdırırdılar.

Aprelin sonuna olan məlumatlar həmçinin göstərib ki, iqtisadiyyat ilk üç ay ərzində artım nümayiş etdirməyib. Fransa Bankının mayın 12-də, çərşənbə axşamı keçirdiyi biznes sorğusu isə İrandakı müharibənin iqtisadi fəallığı zəiflətməyə və inflyasiya təzyiqlərini artırmağa başladığını göstərib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti