Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 23%-dən çox artıb

İqtisadiyyat Materials 13 May 2026 18:19 (UTC +04:00)
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 23%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 60,893 milyon manat məbləğində investisiya yatırılıb.

Trend bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 23,1 faiz çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 275 milyon manat məbləğində investisiya yatırılıb.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,6 faiz çoxdur.

Dövr ərzində qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 12,4% azalaraq 3 milyard 211,9 milyon manata bərabər olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti