Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ-nin investisiya idarəçiliyi və aktivlərin idarə olunması üzrə "Federated Hermes Limited" əməkdaşlıq imkanları müzakirə edilib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədr müavini Əli Əhmədov “Federated Hermes Limited” şirkətinin baş icraçı direktoru Saker Nuseybehin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş çərçivəsində qlobal maliyyə bazarlarında mövcud tendensiyalar, institusional investorlarla əməkdaşlıq imkanları, eləcə də mərkəzi banklar, dövlət qurumları və suveren fondlar arasında qarşılıqlı tərəfdaşlıq təcrübələri müzakirə olunub.
Görüşdə həmçinin ikitərəfli maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Federated Hermes Limited" şirkəti aktiv investisiya sahəsində fəaliyyət göstərir.
Baş qərargahı Pitsburq şəhərində yerləşən şirkətin 2 000-dən çox əməkdaşı var.
