Türkiyəyə məxsus təyyarədə qorxulu anlar: sərnişinlər təcili təxliyə olundular

Dünya xəbərləri Materials 12 May 2026 15:28 (UTC +04:00)
Türkiyəyə məxsus təyyarədə qorxulu anlar: sərnişinlər təcili təxliyə olundular
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyəyə məxsus sərnişin təyyarəsi Nepal hava limanına eniş etdikdən sonra alovlanıb, sərnişinlər təcili təxliyə olunub.

Trend bu barədə xarici mediaya istinadla xəbər verir.

Hadisə mayın 11-də Türkiyənin İstanbul şəhərindən Katmandudakı Tribhuvan hava limanına həyata keçirilən reys zamanı baş verib. Göyərtəsində 288 sərnişin, o cümlədən 11 ekipaj üzvü olan “Turkish Airlines” təyyarəsi sağ şassinin təkərində baş verən yanğın səbəbindən uçuş-enmə zolağında hərəkətsiz qalıb. Bu isə hava limanının 98 dəqiqə müddətinə bağlanmasına səbəb olub.

Məlumata görə, hava trapları vasitəsilə həyata keçirilən təxliyə zamanı iki nəfərin barmaqları xəsarət alıb. Rəsmi şəxslərin sözlərinə görə, yanğının mümkün səbəbləri sərt eniş və ya təkərlərdə təzyiq problemi ola bilər. Təyyarə reyslərdən kənarlaşdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti