Bakı. Trend:
İrana qarşı müharibədən əvvəl İsrail və ABŞ Hörmüz boğazındakı vəziyyətin nəticələrinin nə qədər ciddi ola biləcəyini anlamırdılar.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu "CBS News" telekanalına müsahibəsində deyib.
İsrail Baş nazirindən İrana qarşı hərbi əməliyyat başlamazdan əvvəl Amerika tərəfi ilə söhbətlərində İran rəhbərliyinin Hörmüz boğazını bağlaya bilməyəcəyi qədər zəifləyəcəyini iddia etməsi barədə mediada yayılan məlumatlara münasibət bildirməsi istənilib.
"Düşünmürəm ki, bunu dəqiq hesablaya bilərdik, amma düşünürəm ki, döyüşlər irəlilədikcə Hörmüz boğazı problemi dərk edilib", - deyə o bildirib.
“Vəziyyəti yanlış qiymətləndirdiyimizə əmin deyiləm”, - deyə Netanyahu öz mövqeyini ifadə edib və hazırkı vəziyyətin “İran üçün böyük risklər” yaratdığını bildirib. “Mən hadisələri ideal şəkildə qabaqcadan proqnozlaşdırdığımı demirəm və heç kim buna qadir deyil. İranlılar da”, - deyə o qeyd edib.