Çin orbital stansiyaya yük kosmik gəmisini buraxıb

Dünya xəbərləri Materials 11 May 2026 05:47 (UTC +04:00)

Bakı. Trend:

Çin “Tyançjou-10” yük kosmik gəmisini milli orbital “Tyanqun” stansiyasına uğurla göndərib.

Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsi məlumat yayıb.

Məlumata əsasən, buraxılış Vənçan kosmodromundan (Haynan əyalətinin cənubu) yerli vaxtla saat 08:14-də “Çançjen-7” daşıyıcı raketi vasitəsilə həyata keçirilib.

Bildirilib ki, startdan təxminən 10 dəqiqə sonra gəmi raketdən uğurla ayrılıb və nəzərdə tutulan orbitə çıxıb, onun günəş panelləri normal rejimdə açılıb. Yaxın vaxtlarda “Tyançjou-10”un orbital stansiya ilə birləşməsi gözlənilir.

Kosmik yük gəmisi kosmosa çıxmaq üçün bir skafandr, yanacaq, astronavtlar üçün ləvazimatlar və orbitə elmi təcrübələr aparmaq üçün avadanlıq çatdıracaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti