Mərkəzi Asiya ölkələri və Azərbaycanın məşvərət görüşünün keçiriləcəyi məkan və tarix açıqlanıb

İqtisadiyyat Materials 9 May 2026 15:00 (UTC +04:00)
Mərkəzi Asiya ölkələri və Azərbaycanın məşvərət görüşünün keçiriləcəyi məkan və tarix açıqlanıb
Aman Bakiyev
Aman Bakiyev
Bütün xəbərlər

Aşqabad.Trend:

Oktyabrın 8-də Türkmənistanın “Avaza” Milli Turizm Zonasında Mərkəzi Asiya ölkələri və Azərbaycanın yüksək səviyyəli məşvərət görüşü keçiriləcək.

Trend Türkmənistan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici işlər naziri Rəşid Meredov Balkan vilayətində Prezident Sərdar Berdiməhəmmədovun sədrliyi ilə keçirilən Nazirlər kabinetininin səyyar iclası zamanı bildirib.

Meredovun sözlərinə görə, hazırda Avazada keçiriləcək sammit ərəfəsində iştirakçı ölkələrin xarici işlər nazirlərinin görüşlərinə, eləcə də MDB Dövlət Başçıları Şurasının qarşıdan gələn iclasına hazırlıq işləri də aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti