Bakı. Trend:
Türkiyə Superliqasında 33-cü turun oyunları baş tutub.
Trend-in məlumatına görə, turnir cədvəlinin lideri “Qalatasaray” öz meydanında “Antalyaspor”u qəbul edib.
Görüş İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qalatasaray”ın qollarını Mario Lemina (56), Viktor Osimhen (66, 88) və Kaan Ayhan (90+5) vurub. “Antalyaspor”un heyətində isə Soner Dikmen (45+3, 62) fərqlənib.
Beləliklə, "Qalatasaray" 26-ci dəfə Türkiyə çempionu olub.
