Bakı. Trend:
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinləri ilə görüşündən görüntülər paylaşılıb.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.
(9 may 2026-cı il, Cəbrayıl rayonunun Şükürbəyli kəndində sakinlərlə görüşdən)"
