İspaniya hantavirusun yayıldığı kruiz gəmisindən təxliyəni üzərinə götürüb

Dünya xəbərləri Materials 8 May 2026 18:54 (UTC +04:00)
İspaniya hantavirusun yayıldığı kruiz gəmisindən təxliyəni üzərinə götürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya hantavirusun yayıldığı “MV Hondius” kruiz laynerinin sərnişinlərinin təxliyəsinin təşkilini öz üzərinə götürüb.

Trend bu barədə xarici mediaya istinadla məlumat yayıb.

Hakimiyyət nümayəndələri bildiriblər ki, Kanar adalarının sakinləri üçün təhlükə yoxdur, çünki sərnişinlər və heyət üzvlərinin yerli əhali ilə təmasına qadağa qoyulub.

Gəminin bazar günü Tenerifeyə çatacağı gözlənilir. Sərnişinlər kiçik qruplarla sahilə çıxarılacaq, İspaniya isə onların repatriasiyasını 22 ölkə ilə koordinasiya edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti