Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

İdman Materials 9 May 2026 11:59 (UTC +04:00)
Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

Bakı. Trend:

"Real"ın futbolçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend.az xəbər verir ki, "Mançester Siti" braziliyalı vingerin xidmətində maraqlıdır. bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Vinisius "kral klubu" ilə gələn ilin yayında başa çatan müqavilənin uzadılması ilə bağlı hələ ki razılığa gəlməyib. İngiltərə klubu bu durumu yaxından izləyir. "Şəhərlilər" yaxın vaxtlarda 25 yaşlı oyunçu üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, "Real" Vinisius Junioru 2018-ci ilin yayında "Flamenqo"dan 45 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 550 rəsmi matçda 21 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti