Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,414 milyard manat təşkil edib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 106,1 milyon manat və ya 1,2% azalıb.
Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 3 milyard manat və ya 26,3% azalıb.
Qeyd edək ki, 2026-cı ilin martın 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,521 milyard manat, 2025-ci ilin martın 1-nə isə 11,412 milyard manat təşkil etmişdi.
