Azərbaycan insan alveri ilə mübarizədə hansı ölkələrin təcrübəsini öyrənir?

Cəmiyyət Materials 8 May 2026 11:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində təcrübələrini öyrəndiyi ölkələr məlum olub.

Trend-in məlumatına görə, bu barədə məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə Belarus, Ukrayna, Almaniya, İraq və digər ölkələrin insan alverinə qarşı mübarizə sahəsində təcrübələri də öyrənilərək qanunvericilik, cinayət təqibi, qurbanların müdafiəsi və reabilitasiyası sahələri üzrə fəaliyyətdə nəzərə alınıb.

Xüsusi polis qurumunun əməkdaşları müxtəlif xarici təşkilatların həyata keçirdikləri layihələr çərçivəsində Fransa, İspaniya, Malta, Macarıstan, Avstriya, Moldova respublikalarına ezam olunaraq təcrübə mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti