İran qüvvələrinin hücumuna məruz qalan ABŞ esminetslərinə ciddi ziyan dəyib - SEPAH

Dünya xəbərləri Materials 8 May 2026 03:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran qüvvələrinin hücumuna məruz qalan Amerika esmineslərinə ciddi ziyan dəydiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə korpusun dəniz komandanlığının açıqlamasında deyilib.

"ABŞ atəşkəsi pozduqdan sonra SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ esmineslərinə qarşı genişmiqyaslı əməliyyat keçirib", - deyə bildirilib.

"Kəşfiyyat məlumatları Amerika gəmilərinə ciddi ziyan dəydiyini və düşmənin ağır itki verdiyini göstərir", deyə əlavə edilib.

Bildirilib ki, hücumdan sonra ABŞ-nin üç hərbi gəmisi Hörmüz boğazını tez bir zamanda tərk edib.

Xəbər lenti

Xəbər lenti