UEFA Konfrans Liqasının finalçıları açıqlanıb

İdman Materials 8 May 2026 01:36 (UTC +04:00)
UEFA Konfrans Liqasının finalçıları açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, "Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Digər qarşılaşmada "Strasburq" Fransada İspaniya təmsilçisi "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirib. Fransızlar ilk oyundakı kimi minimal hesabla məğlub olublar.

Beləliklə, "Kristal Pelas" və "Rayo Valyekano" finala vəsiqə qazanıb.

Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti