Azərbaycanda "yaşıl hidrogen" üzrə növbəti plan yaxın 3-4 ayda təqdim olunacaq - Cavid Abdullayev

İqtisadiyyat Materials 7 May 2026 16:20 (UTC +04:00)
Azərbaycanda "yaşıl hidrogen" üzrə növbəti plan yaxın 3-4 ayda təqdim olunacaq - Cavid Abdullayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması”nın ikinci mərhələsi üzrə nəticələrin yaxın 3-4 ayda təqdim edilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

"Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması” layihəsinin birinci mərhələsi çərçivəsində “Hidrogen üzrə Milli Strateji Baxış” sənədi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə hazırlanaraq COP29 konfransı zamanı təqdim edilib. Layihənin ikinci mərhələsinin icrasına başlanılması məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə keçirilmiş tenderin nəticələrinə əsasən, “DNV Energy Systems Germany GmbH” şirkətinin qalib elan edilib, layihənin tətbiqi planının hazırlanması üzrə işlər aparılır. Hazırda bu istiqamətdə dünyanın nüfuzlu texniki məsləhətçi şirkəti ilə detallı təhlillər davam edir. Qarşıdakı 4-5 ayda fəaliyyət planını elan etməyi planlaşdırırıq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti