Bakı. Trend:
Bakı Fond Birjası (BFB) tərəfindən yenilənmiş Listinq Qaydaları 6 may 2026-cı il tarixindən etibarən qüvvəyə minib.
Trend bu barədə BFB-yə istinadən xəbər verir.
Bildirilib ki, yenilənmiş qaydalar kapital bazarlarında daha çox şəffaflıq, yeni imkanlar və beynəlxalq standartlara uyğunluğu təmin edir.
Əsas dəyişikliklər aşağıdakıları əhatə edib:
Listinq tələbləri təkmilləşdirilib – bazarın inkişafı və likvidlik artırılır;
Yeni “İnkişaf Bazarı” seqmenti yaradılıb – real sektor şirkətləri üçün yeni imkanlar təqdim edilir;
Açıqlanma tələbləri gücləndirilib – daha şəffaf məlumat axını təmin edilir;
Delistinq prosedurları dəqiqləşdiriib – investorların maraqları qorunur.
"Yenilənmiş qaydaların tətbiqi Azərbaycanın kapital bazarının dayanıqlı inkişafına mühüm töhfə verəcək", - məlumatda vurğulanıb.
