“PAŞA Holding” tərəfindən təşkil olunan “INMerge” Innovasiya Sammiti İstanbulda keçirilən tədbirdən sonra “Roadshow” silsiləsini Daşkənddə davam etdirdi (FOTO)

İqtisadiyyat Materials 6 May 2026 14:16 (UTC +04:00)
“PAŞA Holding” tərəfindən təşkil olunan “INMerge” Innovasiya Sammiti İstanbulda keçirilən tədbirdən sonra “Roadshow” silsiləsini Daşkənddə davam etdirdi (FOTO)

Bakı. Trend:

“PAŞA Holding” tərəfindən təşkil olunan “INMerge” Innovasiya Sammiti İstanbulda keçirilən tədbirdən sonra “Roadshow” silsiləsini Daşkənddə davam etdirdi.

Tədbir Mərkəzi Asiyanın sürətlə inkişaf edən rəqəmsal ekosistemini araşdırmaq məqsədilə startaplar, vençur kapitalı və korporativ innovasiya sahələrindən regional və qlobal liderləri bir araya gətirdi.

Proqram Caspar Craven-in “You Can't Navigate a New World Using an Old Set of Charts: Why Change Demands a Different Mindset” mövzusunda əsas çıxışı ilə açıldı və dəyişiklik dövrlərində adaptiv liderliyin əhəmiyyətini vurğuladı.

“Building Everyday Ecosystems: Designing Products Around the Customer Journey” adlı paneldə sənaye liderləri müştəriyönümlü, fasiləsiz platformaların qarşılıqlı əlaqə və dəyər yaradılmasını necə yenidən formalaşdırdığını müzakirə etdilər. Paneldə “Uzum”un Məhsul və Texnologiyalar üzrə Baş Direktoru Kevin Khanda, “Paynet”in Baş İcraçı Direktoru Anvar İsamuxamedov, “Bir ekosistem”in Məhsul, Marketinq və Müştəri Təcrübəsi üzrə Baş Direktoru Maksim Evdokimov, “Yandex Uzbekistan”ın Fintex rəhbəri Semyon Morgunov və “TBC Uzbekistan”ın Müştəri Təcrübəsi üzrə Baş Direktoru Sergey Chekalkin çıxış etdilər. Sessiyaya Özbəkistan Fintex Assosiasiyasının sədri Nargis Dustmatova moderatorluq etdi. Müzakirə texnologiya, data və istifadəçi təcrübəsinin inteqrasiyasının miqyaslana bilən, gündəlik həllərin qurulmasında həlledici rol oynadığını ön plana çıxardı.

İnvestisiya və regional inkişaf mövzusuna keçid edən “Can Capital Alone Build the Digital Silk Road or Are We Missing Something?” adlı paneldə maliyyələşmə, infrastruktur və strateji baxışın qarşılıqlı əlaqəsi müzakirə olundu. Sessiyaya “AICA” – Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının İdarəedici Direktoru Behzod Ismoilov moderatorluq etdi. Paneldə “PAŞA Maliyyə Holding”in İnnovasiyalar üzrə rəhbəri və “INMerge Ventures”un İdarəedici Partnyoru Tuğra Musayeva, "MOST Holding”in Baş İcraçı Direktoru, İdarəedici Partnyoru və həmtəsisçisi, həmçinin “MOST Ventures” çərçivəsində “MOST Investors’ Club”un həmtəsisçisi Alim Khamitov, “IT Park Ventures”un Baş İcraçı Direktoru Daler Nodirov, “UzVC”nin İdarəedici Partnyoru Abdulazal Toshkhujaev və “DOMiNO Ventures”un İdarəedici Partnyoru Mustafa Kopuk çıxış etdilər. Panel iştirakçıları vurğuladılar ki, kapital vacib olsa da, dayanıqlı ekosistemlərin inkişafı eyni dərəcədə istedad, tənzimləyici dəstək və sərhədlərarası əməkdaşlıqdan asılıdır.

“Roadshow” aparıcı regional investorlar tərəfindən qiymətləndirilən “Startap Pitch” müsabiqəsi ilə yekunlaşdı. Seçilmiş üç startap 8–9 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək əsas INMerge tədbirində iştirak etmək imkanı qazandı.

Birinci yerin qalibi olan “Screenix AI” tam maliyyələşdirilən paket əldə edəcək, “UGC Market Uzbekistan” və “Redeem” isə qismən maliyyə dəstəyi ilə təmin olunacaq.

Qeyd edək ki, 2006-cı ildə təsis olunmuş PAŞA Holding bu gün bankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən ölkənin aparıcı biznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyard ABŞ dollarını aşan aktivləri ilə Holdingin beynəlxalq fəaliyyəti də genişlənməkdədir. Hazırda PAŞA Holding Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-də fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti