ABŞ-də biznes görüşündə silahlı insident - Ölənlər var

Dünya xəbərləri Materials 6 May 2026 11:50 (UTC +04:00)
ABŞ-də biznes görüşündə silahlı insident - Ölənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Texas ştatının Kerrolton şəhərində ticarət mərkəzində və yaşayış evində baş verən atışma nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, şübhəli şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Onun 69 yaşlı kişi olduğu bildirilir.

Müəyyən edilib ki, o, əvvəl şəhərin Koreya Ticarət Mərkəzində keçirilən işgüzar görüşdə odlu silahdan atəş açaraq bir nəfəri öldürüb, üç nəfəri yaralayıb. Daha sonra cinayət yerinin yaxınlığında yerləşən mənzilə yollanıb və orada başqa şəxsə atəş açıb.

Silahlı insidentin cinayətkarla onun qurbanları arasında olan maddə mübahisə ilə əlaqəli olduğu bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti