Mərkəzi Bank Azərbaycan bankının Aİ sanksiyasına məruz qalmasına dair instansiyalara müraciət edib

İqtisadiyyat Materials 6 May 2026 12:07 (UTC +04:00)
Mərkəzi Bank Azərbaycan bankının Aİ sanksiyasına məruz qalmasına dair instansiyalara müraciət edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "Yelo Bank" ASC-nin Avropa İttifaqının (Aİ) sanksiyasına məruz qalmasına dair instansiyalara müraciət edib.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, "Yelo Bank" ASC Avropa İttifaqının (Aİ) 20-ci sanksiya paketində adının yer almasından artıq bir müddət keçib.

"Sözsüz ki, biz bankla daim konktaktdayıq. Burada hər hansısa bir problem görmürük. Bank kifayət qədər dayanıqlıdır. Həm likvidlik, həm kapital adekvatlılığı nöqteyi-nəzərdən bank dayanıqlıdır. Yəni bizim bankla bağlı hər hansı mənfi gözləntilərimiz yoxdur. Avropa İttifaqı tərəfindən qoyulmuş sanksiyalar, ola bilsin ki, ödənişlərdə hansısa çətinliklərə səbəb olar. Səbəbləri araşdırdıqda sözsüz ki, biz həm sözügedən bank, həm də Mərkəzi Bank birgə və ayrılıqda müvafiq instansiyalara müraciət edirik. Bu davam edəcək. Ümid edirik ki, növbəti aylarda Avropa İttifaqı öz qərarını dəyişdirəcək. Çünki hər hansısa bir səbəb yoxdur. Bank həm beynəlxalq standartlara, həm ölkənin daxili qanunlarına uyğun fəaliyyət göstərir. Yəqin ki, Aİ-nin qərarında hansısa bir anlaşılmazlıq var", - sədr qeyd edib.

Xəbər lenti

Xəbər lenti