Bakı. Trend:
Düşənbədə keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransda 46 dövlətin və 39 beynəlxalq təşkilat eləcə də, maliyyə institutlarının nümayəndələrinin iştirakı təsdiqlənib.
Trend-in məlumatına görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa həsr olunmuş brifinqdə bildirib.
"İştirakçılar arasında baş nazirlər, vitse-prezidentlər, BMT Baş katibinin müavinləri, nazirlər və səfirlər daxil olmaqla yüksək səviyyəli rəsmilər yer alır",-deyə o bildirib.
Səfirin sözlərinə görə, tədbirdə ümumilikdə 2500-dən çox nümayəndənin iştirakı gözlənilir ki, bu da qarşıdan gələn konfransa beynəlxalq səviyyədə yüksək marağın göstəricisidir.
