Rəqəmsal alətlərdən gündəlik istifadə edən uşaqların nəticələri aşağıdır

Cəmiyyət Materials 5 May 2026 18:58 (UTC +04:00)
Rəqəmsal alətlərdən gündəlik istifadə edən uşaqların nəticələri aşağıdır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələrinə əsasən Azərbaycanda beşyaşlı uşaqların 46 faizi rəqəmsal alətlərdən istifadə edir.

Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair təhsil mütəxəssisləri və media nümayəndələri üçün məlumatlandırma sessiyasında bildirib.

Onun sözlərinə görə, rəqəmsal alətlərdən hər gün istifadə edənlərin nəticələri daha aşağıdır.

"Tədqiqat göstərir ki, Azerbaycanda ali təhsilli anaların uşaqları daha yüksək nəticə göstərir. Ən böyük fərq riyazi bacarıqlar (36 bal) və təməl savadlılıq (27 bal) üzrə qabarıqdır", - o, qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti