ABŞ narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib, üç nəfər həlak olub

Dünya xəbərləri Materials 6 May 2026 05:11 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hərbi qüvvələri Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığında istifadə edildiyi şübhəli bilinən daha bir gəmini vurub.

Trend-in məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı "X" sosial şəbəkəsində yazıb.

"Kəşfiyyat gəminin Şərqi Sakit Okean bölgəsində narkotik qaçaqmalçılığı üçün məlum marşrutlar boyunca hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib", - deyə bildirilib.

Hücum nəticəsində üç nəfərin öldüyü, lakin heç bir Amerika hərbçisinin xəsarət almadığı bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti