Hazırda strateji istiqamətimiz əkin subsidiyasından məhsul subsidiyasına keçid etməkdir - Yalçın Camalov

İqtisadiyyat Materials 6 May 2026 11:47 (UTC +04:00)
Hazırda strateji istiqamətimiz əkin subsidiyasından məhsul subsidiyasına keçid etməkdir - Yalçın Camalov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4000-dən çox fermerə hər il əkin subsidiyası ödənilir.

Trend xəbər verir ki, bu fikirləri Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Bakıda keçirilən V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, subsidiyalar 1 milyon 200 min hektar sahədə aparılan əkinləri əhatə edir:

“Hazırda strateji istiqamətimiz əkin subsidiyasından məhsul subsidiyasına keçid etməkdir. Əvvəlki illərdə pambıq, şəkər çuğunduru və tütünə görə məhsul subsidiyası verilirdisə, bundan sonra günəbaxan, qarğıdalı, soya, alma və nar üzrə də məhsul subsidiyası tətbiq olunacaq”.

Y.Camalov qeyd edib ki, damazlıq heyvanların dəyərinin 60 faizi dövlət tərəfindən subsidiya olunur.

Onun sözlərinə görə, kənd təsərrüfatı texnika və avadanlıqlarının alınmasında da güzəştlər tətbiq olunur:

“Kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqların 40 faizi dövlət tərəfindən ödənilir”.

Agentlik sədri əlavə edib ki, müasir suvarma sistemlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır: “Son 5 ildə müasir suvarma sistemlərinin dəyərinin subsidiyalaşdırılması nəticəsində 46 min hektardan çox ərazidə bu sistemlər quraşdırılıb”.

Y.Camalov fermerlərə güzəştli kreditlər vasitəsilə də dəstək göstərildiyini bildirib: “Dövlət tərəfindən mikro kreditlər, texnika kreditləri və nağd kreditlər təqdim olunur. Texnika kreditləri 5 il müddətinə faizsiz verilir və sonradan faizlər dövlət tərəfindən subsidiyalaşdırılır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti