Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda “Hizbullah” hərəkatının 25 hərbi mövqeyinə zərbələr endirib.
Trend xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.
“Son 24 saat ərzində IDF “Hizbullah”ın 25 obyektinə, o cümlədən silah anbarına və hərbi məqsədlərlə istifadə olunan qurğuya zərbələr endirib”, -deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib.
