Azərbaycan qlobal su gündəliyində iştirakını ardıcıl şəkildə gücləndirir - Fərid Şəfiyev

İqtisadiyyat Materials 6 May 2026 13:13 (UTC +04:00)
Azərbaycan qlobal su gündəliyində iştirakını ardıcıl şəkildə gücləndirir - Fərid Şəfiyev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan qlobal su gündəliyində iştirakını ardıcıl şəkildə gücləndirir və onu regional əməkdaşlıq üçün praktiki bir alətə çevirir.

Trend xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycan Düşənbədə keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransda su təsərrüfatının rəqəmsallaşdırılması sahəsində əldə etdiyi nailiyyətləri təqdim edəcək. Tədbirin nəticəsində iqlim risklərinin azaldılmasına yönəlmiş yeni transsərhəd əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və onilliyin sonuna qədər birgə su təşəbbüslərinin həyata keçirilməsi üçün uzunmüddətli baza yaradılması gözlənilir.

F.Şəfiyev əlavə edib ki, “Dayanıqlı İnkişaf Üçün Su” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində Azərbaycan və Tacikistan arasında əməkdaşlıq getdikcə daha praktik səciyyə alır və beynəlxalq təşəbbüslərin siyasi-diplomatik dəstəyi çərçivəsindən kənara çıxır.

Onun sözlərinə görə 25-28 may tarixlərində Düşənbədə keçiriləcək beynəlxalq konfransa hazırlıqlar fonunda Azərbaycan qlobal su gündəliyində iştirakını ardıcıl şəkildə gücləndirir və onu regional əməkdaşlıq üçün praktiki bir alətə çevirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti