ABŞ Hörmüz boğazından gəmilərin keçidini dayandıracaq - Tramp

Dünya xəbərləri Materials 6 May 2026 04:38 (UTC +04:00)
ABŞ Hörmüz boğazından gəmilərin keçidini dayandıracaq - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hakimiyyəti Hörmüz boğazından gəmilərin tranzitinin təşkilini nəzərdə tutan "Azadlıq Layihəsi" əməliyyatını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə D. Tramp " Truth Social sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İranla danışıqların perspektivləri və mümkün razılaşma dəqiqləşdirilənə qədər gəmilərin hərəkəti dayandırılacaq.

O bildirib ki, bu təşəbbüs Pakistan və bir neçə başqa ölkədən gəlib.

"Biz razılaşdıq ki, tam blokadanı qoruyub saxlasaq da, danışıqları başa çatdırmaq və saziş imzalamaq şanslarını qiymətləndirmək üçün Hörmüz boğazından gəmilərin keçidi olan Azadlıq Layihəsi qısa müddətə dayandırılacaq", deyə o yazıb.

Xəbər lenti

Xəbər lenti